Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail-HƏMAS problemi bu dəfə köklü şəkildə həll olunmalıdır

İsrail-HƏMAS problemi bu dəfə köklü şəkildə həll olunmalıdır


"İsrail-HƏMAS arasındakı problem bu dəfə köklü şəkildə həll olunmalıdır. Bu durumda müvəqqəti atəşkəsin daimi olması ehtimalı yox kimidir. Çünki HƏMAS-ın 7 oktyabr terror hücumundan sonra yenidən proseslərin əvvəlki məcrasına qayıtması mümkün deyil".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov HƏMAS-la İsrail arasında keçici atəşkəsin əldə olunmasına münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, bununla yanaşı Yaxın Şərq regionu üzərindən planlaşdırılan iqtisadi layihələrin təhlükəsizliyi üçün də HƏMAS-ın regiondan yox edilməsi mütləqdir:

"Hesab edirəm ki, İsrail bir daha imkan verə bilməz ki, baş vermiş hadisələr əldə edilmiş atəşkəs rejimi ilə daimi hala gəlsin və bir müddət sonra yenidən təkrarlanmaq ehtimalı olsun".

Azər Qasımov, "İsrail artıq Qəzzanın şimalında planlaşdırdığı istəklərinə böyük ölçüdə nail olub. Qəzzanın tamamı üçün yeni idarəçilik üsulları üzərində iş gedir. Odur ki, HƏMASı yenidən Qəzzanın idarəçiliyinə yaxın buraxmaq keçirilən əməliyyatların mahiyyətini heçə endirər",-deyə vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş