Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstehlakçı güvən indeksi artıb

İstehlakçı güvən indeksi artıb


Türkiyədə noyabr ayında istehlakçı güvən indeksi artıb.

Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, istehlakçı güvən indeksi noyabr ayında əvvəlki ayla müqayisədə 1,1 faiz artıb. Nəticədə oktyabrda 74,6 faiz olan indeks noyabr ayında 75,5 faiz olaraq qeyd edildi.

Cari dövrdə ev təsərrüfatlarının maliyyə vəziyyəti indeksi aylıq 2,7 faiz artaraq 61,3 faizə yüksəlib. Ev təsərrüfatlarının gələcək 12 ayda maliyyə vəziyyəti gözlənti indeksi oktyabrda 72,6 faiz olarkən bu ay 2,6 faiz artaraq 74,5 faiz olaraq hesablanıb.

Natiq Orucov
Xəbəri paylaş