Qlobal xam polad istehsalında artım qeydə alınıb.
Newscenter.az Baş ofisi Brüsseldə yerləşən Dünya Polad Assosiasiyasına (Worldsteel) istinadən bildirir ki, qlobal xam polad istehsalı oktyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 150 milyon tona çatıb. Türkiyənin xam polad istehsalı eyni dövrdə 4,2 faiz artaraq 3 milyon tona çatıb.
Göstərilən müddət ərzində Çinin istehsalı 1,8 faiz azalaraq 79,1 milyon tona, Yaponiyanın istehsalı isə 2,6 faiz artaraq 7,5 milyon tona çatıb. Eyni dövrdə Almaniyanın hasilatı 8,8 faiz azalaraq 2,9 milyon tona düşüb. ABŞ istehsalı isə 3,4 faiz artaraq 6,8 milyon tona çatıb.
Qlobal xam polad istehsalı bu ilin yanvar-oktyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə də artıb. Belə ki, 10 ayda xam polad istehsalı 0,2 faiz artaraq 1 milyard 567,3 milyon tona çatıb.
Natiq Orucov