Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Turizmdə erkən rezervasiyalarda 20 faiz artım

Turizmdə erkən rezervasiyalarda 20 faiz artım


Türkiyədə turizm sektorunda cari ilə nisbətən 2024-cü il üçün erkən rezervasiyalar 20 faiz artıb.

Newscenter.az Aralıq dənizi Turistik Otelçilər və Operatorlar Dərnəyinə istinadən bildirir ki, ilk rezervasiyalar İngiltərə bazarından gəlib. Sonrakı yeri isə Almaniya tutub. Keçən il də ingilis turistlər çoxluq təşkil edib. Belə ki, 2022-ci ildə Türkiyəyə gələn ingilis turistlərin sayı 1 milyonu keçib. Bu il isə bu rəqəmin 1,5 milyon nəfər olacağı gözlənilir.

Dərnəkdən bildirilib ki, Türkiyənin yaxın gələcək üçün 100 milyon qonaq və 100 milyard dollar gəlir hədəfi var: Bu ilki hədəf isə 60 milyon turist və 56 milyard dollarlıq gəlirdir.

Anar TAGİYEV
Xəbəri paylaş