Cari ilin 10 ayında Şərqi Qara dəniz bölgəsindən 18 ölkəyə türk qızılbalığı ixrac ediilib.
Newscenter.az Şərq Qaradəniz İxracatçılar Birliyinə istinadən bildirir ki, bu müddət ərzində ixrac edilən türk qızılbalığının miqdarı 21 min 890 ton olub.
Qeyd edilib ki, Türkiyənin Şərqi Qara dənizdən ilin 10 ayında qızılbalığı ixracatı keçən ilin eyni dövrünə görə 44 faiz artaraq 133 milyon 220 min 467 dollara çatıb.
Türk qızılbalığı ixracatında Rusiya Federasiyası liderliyini qoruyub saxlayıb. Sonrakı yerləri isə Vyetnam və Belarus tutub.
Anar TAGİYEV