Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-İraq əlaqələrində yeni mərhələ

Azərbaycan-İraq əlaqələrində yeni mərhələ


Bu günlərdə Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda rəsmi səfərdə olan İraq Prezidenti Əbdüllətif Camal Rəşidi Bakıda bir sıra səmərəli, Bakı ilə Bağdad arasında münasibətlərin inkişafında yeni bir mərhələnin açılmasına yönəlik görüşlər və müzakirələr keçirdi.

Newscenter.az-ın xəbərinə görə, İraq prezidentinin Azərbaycana səfərini şərh edən Yeni Azərbaycan Partiyasının üzvü Akşin Əliyev deyib ki, Azərbaycanla İraq arasında tarixi və mədəni əlaqələrin olması heç kəsə sirr deyil:

"O da məlumdur ki, iki ölkənin münasibətlərindəki dəyişikliklər tarixin və geosiyasi şəraitin tələblərinə, çağırışlarına əsasən formalaşıb. Hətta keçmiş SSRİ dönəmində də İraqın Bakıda konsulluğunun fəaliyyət göstərməsi iki ölkənin münasibətlərinə nə qədər önəm verilməsinin göstəricisi idi.Azərbaycanın müstəqilliyinin bərpasından sonra isə bu əlaqələr getdikcə inkişaf edib. Məhz 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılıb.Lakin diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfər etməsi də mühüm hadisədir və bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq".

Akşin Əliyev onu da bildirib ki, hər iki ölkənin maraqları qarşılıqlı şəkildə müdafiə olunur:

"İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir.2011-ci il tarixində hökumətlər arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılıb, 2016-cı ildə Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlayıb, Azərbaycan ilə İraq arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanıb. İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri çərçivəsində isə sosial, turizm, mədəniyyət, siyasi məsləhətləşmələr, hava əlaqəsi haqqında anlaşma memorandumları və sazişləri imzalanıb".

Anar Əliyev
Xəbəri paylaş