Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və İraq bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir

Azərbaycan və İraq bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir


Azərbaycanın regionda, eləcə də qlobal miqyasda artan nüfuzu, çəkisi dünya ölkələrinin diqqətini Bakıya yönəldib. Mübaliğəsiz demək mümkündür ki, bu gün dünyanın hər bir ölkəsi Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa xüsusi üstünlük verir. Ölkəmizə müntəzəm olaraq baş tutan dövlət və hökumət başçılarının səfərləri fonunda bunu aydın görmək mümkündür. Bu günlərdə İraq prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə baş tutan rəsmi səfəri də məhz bu maraqdan irəli gəlirdi.

Newscenter.az-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının üzvü Tural Məmmədov deyib ki, səfər çərçivəsində keçirilən təkbətək və nümayəndə heyətləri ilə geniştərkibli görüşlərdə bir çox məsələlər müzakirə edilib, gələcək əməkdaşlıq üçün əsas istiqamətlər müəyyənləşdirilib:

"Bu gün İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir və hər iki dövlət beynəlxalq təsisatlarda bir-birini dəstəkləməyə davam edəcəklər. Azərbaycan və İraq BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir".

Anar Əliyev
Xəbəri paylaş