Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və İraq qarşılıqlı münasibətlərin genişləndirilməsinə böyük maraq göstərirlər

Azərbaycan və İraq qarşılıqlı münasibətlərin genişləndirilməsinə böyük maraq göstərirlər


Azərbaycan təkcə Avropa deyil, eləcə də Asiya ölkələri, müsəlman dövlətləri ilə də normal əməkdaşlıq qurur, bu əməkdaşlığı hər ötən gün yeni bir mərhələyə daşıyır. Bu dövlətlər sırasında İraqın da özünəməxsus yeri və rolu var. Bakı ilə Bağdad arasında genişlənməkdə olan əlaqələrə İraq prezidentinin Azərbaycana rəsmi səfəri müsbət təsir göstərəcəyi istisna edilmir. Elə politoloq İman Abduyev də bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsi sahəsində böyük imkanlar və potensial vardır. Onun sözlərinə görə, İraq yaxın gələcəkdə Azərbaycanın apardığı xarici siyasət xəttində prioritet istiqamətlərdən biri ola bilər:

"Yuxarıda göstərilən amil nəinki iqtisadi potensiala, həmçinin, ortaq dəyərlərə əsaslanır. Hələ Vətən müharibəsindən əvvəlki illərdə də İraqın beynəlxalq təşkilatlar, xüsusilə də, İKT çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün aradan qaldırılmasında, işğal olunmuş ərazilərin azad edilməsi və qaçqınların öz doğma torpaqlarına qayıtmasını tələb edən qətnamələrin qəbul edilməsində Azərbaycanın mövqeyini dəstəkləməsi beynəlxalq siyasətdə əhəmiyyət kəsb edən amillərdən və islam aləmində, o cümlədən, ərəb dövlətlərində ictimai rəyin formalaşmasına güclü təsir göstərmişdir. Yaxşı haldır ki, hazırda həm Azərbaycan, həm də İraq tarixi zəmin üzərində qarşılıqlı münasibətlərin genişləndirilməsinə böyük maraq göstərirlər".

Anar Əliyev
Xəbəri paylaş