İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir.
Newscenter.az xəbər verir ki, tədbir “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, İƏT-in Baş katibi Hissein Brahim Taha, İƏT əmək nazirlərinin 4-cü konfransının sədri kimi Səudiyyə Ərəbistanının İnsan resursları və sosial inkişaf nazirinin müavini Adnan Abdulla Al Nuaimin çıxışı edəcək.
Sonra konfransının sədri və büronun tərkibi seçiləcək.
Mehman Mehdiyev