Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda inşaat materialları bazarında yanğın nəzarət altına alınıb

Bakıda inşaat materialları bazarında yanğın nəzarət altına alınıb


Bakıda inşaat materialları bazarında yanğın nəzarət altına alınıb.

Bu barədə Newscenter.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

FHN tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında adıkeçən ərazidə yanğın hadisəsi baş verib. Yanğın zamanı bir nəfər dünyasını dəyişib.



Mehman Mehdiyev
Xəbəri paylaş