Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğının söndürülməsi üçün əlavə texnika və canlı qüvvə cəlb olunub.
Newscenter.az-ın məlumatına görə, "Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ərazidə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri fəaliyyət göstərir.
Qeyd edək ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.