Çində müəmmalı pnevmoniya halları artıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, xəstəlik daha çox uşaqlar arasında geniş yayılıb. Xəstəlik hallarına daha çox paytaxt Pekində və şimaldakı Liaonin əyalətində rast gəlinir. Hər iki bölgədəki uşaq xəstəxanalarına son günlərdə müraciət edənlərin sayında kəskin artım qeydə alınıb. Xəstəxanaya müraciətlər çox olduğundan xəstələr bəzən iki saat növbə gözləmək məcburiyyətində qalırlar.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) verdiyi açıqlamada, uşaqlarda pnevmoniya halları ilə bağlı Çindən rəsmi məlumat tələb etdiyini açıqlayıb.
Sona