Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni lobbisinin maliyyəsinin girovuna çevrilən senator və konqresmenlər

Erməni lobbisinin maliyyəsinin girovuna çevrilən senator və konqresmenlər


“Birləşmiş Ştatların ikiüzlü, qərəzli, eyni zamanda ədalətsiz mövqeyinin nəticəsi idi ki, 30 il ərzində keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün olmurdu. Minsk qrupunun digər həmsədr ölkəsi olan Fransa ilə birlikdə bu prosesi monopoliyaya alan Birləşmiş Ştatların indi bundan əli çıxdığı üçün Azərbaycana diş qıcayır, Bakını hədəfə alır. Ancaq Vaşinqton unutmamalıdır ki, Azərbaycan heç kimin diktəsi ilə hərəkət etmir və qərarlarını özü verir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı son vaxtlar okeanın o tayından Bakıya yönəlmiş təhdidlər, təzyiq xarakterli addımlara münasibət bildirərkən səsləndirib. Arzuman Muradlı deyib ki, indi Fransa və Birləşmiş Ştatlar özlərini Roma papasından daha çox katolik göstərərək ermənidən daha çox ermənilik nümayiş etdirirlər:

“Təsəvvür edin, Ermənistan hakimiyyəti, eləcə də Qarabağdan könüllü şəkildə İrəvana gedən ermənilər onlara heç bir təzyiq göstərilmədiyini, Azərbaycan tərəfinin onlarla normal davrandığını bildirdiyi halda, fransız, amerikan senator və konqresmenləri əsassız şəkildə, qərəzli olaraq Azərbaycanın etnik təmizləmə apardığını iddia edir, ermənilərin yenidən Qarabağa qayıtması üçün ağıllarına uyğun plan qururlar”.

Arzuman Muradlı hesab edir ki, həmin senator və konqresmenlər erməni lobbisinin maliyyəsinin girovuna çevrildikləri üçün Ermənistanın maraqlarından çıxış edir, ermənipərəst mövqe sərgiləyirlər:

“Heç şübhəsiz ki, bu riyakar mövqe, qərəzli yanaşma da öz növbəsində Vaşinqton-Bakı münasibətlərinə öz mənfi təsirini göstərir”.


Anar Əliyev
Xəbəri paylaş