Türkiyənin "Fənərbaxça" futbol klubunda istefa çağırışları gündəmə gəlib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, klubun indiyə qədər prezidenti və idarəçisi vəzifələrində çalışmış 43 nəfər hazırkı rəhbərliyi istefaya çağıran bəyanat yayıb.
Bəyanat müəllifləri klubun prezidenti Ali Koç ilə MHK sədri Əhməd İbanoğlunun dərhal vəzifəsindən getməli olduğu bildiriblər.
Bəyanatda, "Dünyanın ən böyük idman klubu olan “Fənərbaxça” 116 ildir ki, azarkeşlərini həm mövqeyi, həm də əldə etdiyi nailiyyətlərlə qürurlandırmaq üçün əlindən gələni edir. 116 illik yolda yalnız Cümhuriyyət prinsiplərini rəhbər tutmuş Klubumuz ölkəmizin ehtiyac duyduğu yerdə dayanıb və hər addımında 'örnək' olub. "Fənərbaxça" həm kişi, həm də qadın basketbol komandaları ilə Avroliqa çempionluğuna yüksəldi ki, bu da dünyanın heç bir idman klubu tərəfindən əldə edilməmişdir. Ancaq bu nəhəng klub illərdir futbolda oxşar uğurları yaşamağa mane olan əllərlə mübarizə aparır. Odur ki, bu əlləri zərərsizləşdirmək üçün klubun prezidenti Ali Koç ilə MHK sədri Əhməd İbanoğlunun istefaya getməsini tələb edirik",-deyə bəyanatda qeyd edilir.
Oruc Niyazov