Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Günəbaxan tumlarının emal müəssisəsində sanitar-gigiyenik vəziyyət qüvvədə olan normativlərə cavab vermir

Günəbaxan tumlarının emal müəssisəsində sanitar-gigiyenik vəziyyət qüvvədə olan normativlərə cavab vermir


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Tərtər rayonu, Düyərli kəndində fəaliyyət göstərən, fiziki şəxs Muradov Taleh Mətləb oğluna məxsus günəbaxan tumlarının emalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib.

Baxış zamanı müəssisədə qida məhsulları üzrə gigiyena qaydalarına, qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi məlum olub.

Belə ki, istehsal müəssisəsində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, məhsulun istehsalı, yuyulması, qurudulması və bişirilməsi proseslərinin eyni sahədə həyata keçirildiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, mexaniki havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb. Həmçinin istehsal edilən məhsulun etiketində qida və enerji dəyərinə dair məlumatların normativ sənəddə qeyd edilən göstəricilərlə uyğunsuz olduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək emal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Sona
Xəbəri paylaş