Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyevin qətiyyətli sərkərdəliyi sayəsində, Azərbaycan torpaqları Vətən müharibəsində işğaldan azad edildi

İlham Əliyevin qətiyyətli sərkərdəliyi sayəsində, Azərbaycan torpaqları Vətən müharibəsində işğaldan azad edildi


Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcərin işğaldan azad edilməsinin 3 ili tamam olur. Ötən 3 il ərzində düşmənin 27 ilə ərzində viran qoyduğu Kəlbəcər yenidən qurulub, abadlaşıb, gözəlləşib.

Newscenter.az-ın xəbərinə görə, Kəlbəcərin işğaldan azad edilməsinin 3-cü ildönümü ərəfəsində tarixi günlərə nəzər salan Yeni Azərbaycan Partiyasının üzvü Nərmin Səmədova deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi və qətiyyətli sərkərdəliyi sayəsində, Azərbaycan torpaqları Vətən müharibəsində işğaldan azad edildi. Onun sözlərinə görə, darmadağın edilərək kapitulyasiya aktını imzalayan düşmən Kəlbəcərin bir güllə atılmadan Azərbaycana qaytarılmasına dair öhdəçilik götürdü və 2020-ci ilin noyabrın 25-də Azərbaycan Ordusu Kəlbəcərə daxil olaraq şanlı bayrağımızı burada dalğalandırdı:

"Vətən müharibəsinin ilk günlərində döyüşlər zamanı Kəlbəcərin şimal hissəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilməsi, Kəlbəcərin strateji yüksəkliklərinin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verirdi".

Anar Əliyev
Xəbəri paylaş