Son illərdə insanlar arasında müxtəlif tipli xəstəliklərin yayılması halları çoxalıb. Cəmiyyətdə mövcud olan bu və ya digər problemlər əsasən insanlarda qavrama, düşünmə kimi mənfi fəsadlara yol açır. Bəs, görəsən bu problem özünü necə büruzə verir?
Newscenter.az-ın xəbərinə görə, psixoloq Üıviyyə Murtuzova deyir ki, öyrənmə, qavrama və fikir yürütmədə pozuntu kimi hallar özü ilə bərabər bəzi mənfi fəsadlara da yol açır. Onun sözlərinə görə, insanın düşüncə forması bulanıqlaşır, ağırlaşır və ya yanlış olur:
"İnsan plan qurma və ya konkret anlayışları anlama bacarığını və qarışıq məlumatları analiz etmə bacarığını itirir. Bu vəziyyət “düşünmədə zəifləmə” kimi adlandırılır".
Anar Əliyev