Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İraq prezidentinin səfəri ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək

İraq prezidentinin səfəri ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək


"İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycan Respublikasına rəsmi səfəri oldu. Səfər bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu səfər ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir. Azərbaycan hər zaman müsəlman ölkələri ilə əlaqələrə xüsusi önəm verib. İkitərəfli əlaqələrin inkişafı baxımından da səfər xüsusi əhəmiyyət daşıyırdı".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, səfər zamanı iqtisadi-ticari əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirəsi oldu:

"Xüsusilə qarşılıqlı ticarətin artırılması, enerji sahəsində əməkdaşlıq məsələlərinə diqqət yetirildi. Bununla yanaşı həm də müdafiə sənayesi və turizm sahələrində əməkdaşlıq imkanları da müzakirə edildi".

Deputat qeyd edib ki, görüşdə ən vacib məqamlardan da biri, İraq prezidentinin Azərbaycan və Ermənistan arasında hazırkı vəziyyət və münaqişənin tarixi ilə bağlı məlumatlandırılması oldu:

"İraq dövlət başçısı qonşu Ermənistana səfər edəcək və əminik ki, Prezidentimizin bu mesajlarından Ermənistan və onun havadarları bir nəticə çıxaracaqlar.

Azərbaycanın İraqla dostluq tarixi qədimdir. İraq və Azərbaycan hər zaman bir-birinə dəstək olub və hər iki ölkə bir-birinin suverenliyini, ərazi bütövlüyünü müdafiə edib. Bu birlik həmçinin Qoşulmama hərakatında, İslam Əməkdaşlıq təşkilatında da özünü göstərib".

Ceyhun Məmmədov, "İnanırıq ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək",-deyə vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş