Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir

İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir


"Azərbaycan-İraq əməkdaşlığı tarixə söykənir. İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcəyindən və əməkdaşlığımızda yeni səhifənin açılacağından xəbər verir".

Newscenter-az xəbər verir ki, bu fikirləri Nizami rayon İcra Hakimiyyətinin əməkdaşı Könül İsmayılova səsləndirib. O bildirib ki, hər iki ölkənin maraqları qarşılıqlı şəkildə müdafiə olunur:

"Beləki İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir.

Azərbaycan Prezidenti İraq prezidenti ilə görüşlə bağlı mətbuata verdiyi bəyanatda Ermənistanın Azərbaycana qarşı təcavüzündən, ərazilərimizin 20 faizinin işğalından, bir milyondan çox azərbaycanlının öz tarixi torpaqlarından qovulmasından danışdı. Bildirdi ki, faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Nəhayətdə Azərbaycan özü öz tarixi torpaqlarını öz qüvvəsi ilə həll etməli oldu".

Könül İsmayılova deyib ki, Cənab Prezidentin bütün rəsmi görüşlərdə Azərbaycan gerçəkləri barədə ətraflı məlumat verməsi qısa zamanda əldə etdiyimiz uğurlarımızı hələ də həzm edə bilməyən dövlətlərə təkrar-təkrar verilən mesajlardır:

"Düşünürəm ki, bu mesajları cənab İlham Əliyevə hər zaman dəstək olan bizlər də yüksək tribunalardan səsləndirməli, rəsmi görüşlərdə bəyan etməliyik. Belə olsa, DƏMİR YUMRUĞumuz daha da sıx, daha da möhkəm olar. Ölkə başçımızın da dediyi kimi, heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Biz ictimai nümayəndə olaraq çalışmalıyıq ki, Ermənistanın dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana qarşı yararlanması məhdudlaşsın. Adətən düşmənin hardan hücum edəcəyi bəlli olmasa da, Ermənistanın nə vaxt, harda, kimlərin ətəyindən yapışaraq Azərbaycana hücum edəcəyini dövlətimizin başçısı yaxşı bilir. Odur ki, bu yöndə lazım olan addımları zamanında atmaqla hadisələri qabaqlayır.
Bəlidir ki, Azərbaycan daim sülh tərəfdarı olub. Dost dövlətlərlə müəyyən sahələrdə əməkdaşlıqlar, qarşılıqlı maraqlar təmin olunub və bu proses davamlıdır. Bu günlərdə İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri çərçivəsində də Azərbaycanla əməkdaşlıqla bağlı bir sıra sənədlər imzalanıb. Bu əməkdaşlığın hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq deyə bilərəm ki, uğurlu və uzunmüddətli olacaq".

Anar Əliyev
Xəbəri paylaş