Qəzzada atəşkəs rejiminin tətbiq olunmasına saatlar qalınca İsrail ordusu yenidən cinayətə əl atıb.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu dəfə İsrail aviasiyası Qəzza zolağında məcburi köçkünlərin sığındığı BMT--yə məxsus məktəbi bombalayıb. Nəticədə ilkin məlumatlara görə, 27 nəfər dünyasını dəyişib. Bombardman nəticəsində 93 nəfərin yaralandığı da gələn xəbərlər arasında yer alıb.
Cibaliyə Qaçqınlar Düşərgəsində yerləşən Birləşmiş Millətlər Təşkilatına məxsus Əbu Hüseyn məktəbinin hava zərbələrindən tamamilə dağıldığı bildirilir.
Anar TAGİYEV