Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəlbəcər öz əvvəlki simasına qayıdır

Kəlbəcər öz əvvəlki simasına qayıdır


Tarixi zəfərimizlə işğaldan azad edilən digər şəhər və rayonlarımız kimi Kəlbəcər də bu gün özünün quruculuq-abadlıq, yeniləşmə dövrünü yaşayır. Artıq Kəlbəcər rayonu öz əvvəlki görkəminə qayıdır deyə bilərik. Rayonda həyata keçirilən müxtəlif infrastruktur layihələri belə deməyə əsas verir. Elə Yeni Azərbaycan Partiyasının üzvü Nigar Məmmədova da belə düşünür.

Newscenter.az-ın xəbərinə görə, Nigar Məmmədova deyib ki, 44 günlük Vətən Müharibəsi ilə Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi:

"Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Kəlbəcərin bir güllə atılmadan, heç bir itki verilmədən işğaldan azad edilməsi cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin döyüş meydanında olduğu kimi diplomatik müstəvidə də qalib Sərkərdə olduğunu sübut edir".

Anar Əliyev
Xəbəri paylaş