Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəlbəcəri yenidən dirçəldirik

Kəlbəcəri yenidən dirçəldirik


Azərbaycanın işğaldan azad edilmiş digər şəhər və rayonları kimi Kəlbəcər də bu gün özünün inkişaf, tərəqqi dövrünü yaşayır. Bu gün Kəlbəcər də geniş tikinti meydançasını xatırladır.

Newscenter.az-ın xəbərinə görə, sözügedən rayonun işğaldan azad edilməsinin 3-cü ildönümü ərəfəsində yaxın tariximizə nəzər salan Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Nərmin Fərəcli deyib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi.

Onun sözlərinə görə, Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib:

"Ermənilər özlərinə aid olmayan torpaqlarda 30 il yaşadı, çıxan zaman yaşadıqları evlərə od vurdu, təbiəti məhv etdi, heyvanlara zülm etdilər. Həmişəki kimi öz xislətlərini burda da nümayiş etdirdilər. Ancaq azərbaycanılalar öz torpaqlarından çıxarılan zaman öz mülklərinə heç bir ziyan vurmadı. Çünki biz bilirdik ki, öz torpaqlarımıza yenidən qovuşacağıq".

Nərmin Fərəcli qeyd edib ki, minalı ərazilərin olmasına, işğaldan yeni azad edilməsinə baxmayaraq 3 il ərzində özümüzə aid olan torpaqlarda xeyli sayda irəliləyiş əldə etmişik:

"Kəlbəcərimizi yenidən dirçəldirik".

Anar Əliyev
Xəbəri paylaş