"Ölkə üzrə bütün köhnə qaz sayğacları 2025-ci ilin sonuna kimi dəyişdiriləcək".
Nescenter.az Türkiyənin Sənaye və Texnologiya Nazirliyinə istinadən bildirir ki, 1 yanvar 2014-cü il - 31 dekabr 2019-cu il tarixləri arasında quraşdırılan, eyni zamanda bazarda satışa çıxarılan təbii qaz sayğaclarının 2025-ci ilin sonuna qədər yığışdırılaraq etibarlı yoxlamadan keçmiş sayğaclarla əvəz edilməsinə qərara alınıb.
Bildirilir ki. istifadəçilər köhnə qaz sayğacları barədə müvafiq qurumlara məkumat verməlidir. Göstərilən müddətdə siyahı barədə məlumat verməyən, natamam və ya səhv məlumat verən istifadəçilərə qarşı inzibati tənbeh tədbirləri görüləcək.
Anar TAGİYEV