Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə yola düşüb.
Newscenter-az xəbər verir ki, bu barədə Baş nazirin ofisindən bildirilib.
Qeyd olunub ki, o, İsveçrəyə səfərindən sonra Azərbaycan Prezidentinin dəvəti ilə noyabrın 25-də BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) konfransında iştirak etmək üçün Bakıya səfərə yola düşüb. Konfransdan əvvəl Baş nazir Viktor Orbanın Azərbaycan Prezidenti ilə ikitərəfli danışıqlar aparacağı gözlənilir.