“Qalatasaray” və “Fənərbaxça” klubları arasında keçiriləcək Superkubok final qarşılaşması Türkiyədən kənarda baş tutacaq.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar verib. Qərara əsasən, sözügedən qarşılaşma dekabrın 29-da Səudiyyə Ərəbistanında baş tutacaq.
Türk klublarının final qarşılaşması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Əl-Əvval Parkında yerləşən stadionda baş tutacaq.