Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə 100 ildə 130 min insan zəlzələdən dünyasını dəyişib

Türkiyədə 100 ildə 130 min insan zəlzələdən dünyasını dəyişib


Son 100 il ərzində Türkiyədə dənizdə və quruda 6, 7 və 7,5 bal gücündə 226 dağıdıcı zəlzələ baş verib.

Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki verib.

Nazir baş verən dağıdıcı zəlzələr nəticəsində Türkiyədə 130 min ətrafında insanın həlak olduğunu deyib. Nazir Türkiyənin yeraltı təkanlar baxımından riskli ölkə olduğunu da deyib:

"Üç xətt daimi hərəkətdədir, onlardan biri az qala Van gölündən başlayır. Qara dənizdə 50-100 kilometr aşağıda davam edərək Mərmərə sahillərinə çatır. Bunu Şimali Anadolu qırılma xətti adlandırırlar.

Digəri bölgəmiz, Malatya, Kahramanmaraş, Hataydan Aralıq dənizinə doğru gedir. Min illərdir ki, burada proses təkrarlanır",-deyə nazir bildirib.

Anar TAGİYEV
Xəbəri paylaş