Blokada vəziyyətində olan Qəzzaya Türkiyənin yardımları davam edir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ölkənin Səhiyyə Nazirliyi ilk dəfə olaraq 3 yaralı uşağın müalicəsi üçün Misirə təcili yardım təyyarəsi göndərib. Bundan əvvəl isə xərçəng xəstələrinin bir qisminin Türkiyəyə gətirilib müalicə olunması prosesi həyata keçirilib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailin Qəzzaya başlatdığı əməliyyatlar nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan xəsarət alıb.
Anar TAGİYEV