Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad edilmiş girovların ilk qrupu İsrailə gəlib

Azad edilmiş girovların ilk qrupu İsrailə gəlib


Qəzza zolağından gələn ilk israilli girovlar hərbçilər və İsrail kəşfiyyat xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.

Newscenter.az xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

Qeyd edək ki, bu gün HƏMAS İsraillə razılaşma əsasında ilk girovlarını azad edib. Onların 12-si Tailand, 13-ü İsrail vətəndaşı olub.

Azadlığa buraxılanlar İsraildə ilkin tibbi müayinədən keçiblər.

Onlar İsrail xəstəxanalarına gedərkən ölkə əsgərlərinin müşayiəti ilə qalacaqlar və burada ailələrinə qovuşacaqlar.

Noyabrın 24-də axşam Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qəzza zolağında saxlanılan 24 nəfərlik girov qrupunun HƏMAS əsirliyindən azad edildiyini təsdiqləyib. Onlar “Rafah” sərhəd keçid məntəqəsi vasitəsilə anklavdan çıxarılaraq İsrail tərəfinə təhvil verilib.

Anar TAGİYEV
Xəbəri paylaş