Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın hansısa təzyiqlərə boyun əyəcəyi mümkünsüzdür

Azərbaycanın hansısa təzyiqlərə boyun əyəcəyi mümkünsüzdür


"Qərbdən hər zaman təzyiq altında olan Azərbaycanın bu dövrdən sonra hansısa təzyiqlərə boyun əyəcəyi mümkünsüzdür".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, həm də bu təzyiqlər bilavasitə Azərbaycanla bağlı yox, Ermənistanı əlaqədar edən məsələlər üzündəndir:

"Qərb Ermənistanın təhlükəsizliyini qorumaq üçün Azərbaycana təzyiqlər edir, hansıki Azərbaycanın bu barədə fikri bəllidir. Azərbaycanın kimsənin ərazisində gözü yoxdur. Zəngəzur dəhlizinin də İrandan çəkiləcəyini bəyan edib. Ermənistan adlı ərazi vahidi ilə əgər sülh olacaqsa, biz əlaqə qurmağa hazırıq. Əks halda belə bir ərazinin olduğunu unudacağıq. Qərb də bundan qorxur. Ermənistanın dalanda qalmasının davam etməsindən".

Azər Qasımiv deyib ki, Azərbaycanın yolu bəllidir:

"Regionda sülh üçün bütün qonşuları ilə sülh və əməkdaşlıq şəraitində yaşamaq. Bunu istəməyən varsa, özündən küssün. Azərbaycan Ermənistana bundan artıq yaxşılıq edə bilməz. Əslində məğlub və işğalçı imici olan Ermənistanla bərabərhüquqlu tərəf kimi yox, lazım olan qalib-məğlub diktəsi ilə danışılmalı olmalı halda, Azərbaycan qələbədən sonra regionun gələcəyi naminə bu ritorikanı işlətmədi. Sülh çağırışları etdi. Ermənistan bunu doğru dəyərləndirməli, illüziyalara qapılmamalıdır. İllüziyaların Ermənistanı hara gətirdiyi göz önündədir. Bir də belə hal Ermənistan üçün ölümcül olacaq".

Anar Əliyev
Xəbəri paylaş