Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla İraq arasında münasibətlər ikitərəfli maraqlara uyğun əlaqələr əsasında inkişaf edir

Azərbaycanla İraq arasında münasibətlər ikitərəfli maraqlara uyğun əlaqələr əsasında inkişaf edir


Azərbaycan müsəlman ölkəsi olaraq İslam dünyası ilə yaxından əməkdaşlıq qurur, bu əməkdaşlığı hər ötən gün yeni bir mərhələyə qaldırır. Həyata keçirilən qarşılıqlı səfərlər Azərbaycanla müsəlman ölkələri arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına öz müsbət təsirini göstərir. Bu günlərdə İraq prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri də məhz ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyətli hesab edilə bilər.

Newscenter.az-ın xəbərinə görə, İraq prezidentinin Azərbaycana səfərinə diqqət çəkən Yeni Azərbaycan Partiyasının üzvü Əlirza Abdullayev deyib ki, iki ölkə arasındakı iqtisadi əlaqələr və ticarət münasibətləri son illərdə genişlənib. Onun sözlərinə görə, İraq məhsullarının Azərbaycana idxalı, məhz Azərbaycandan İraqa olan qida və yüngül sənaye məhsulları da daxil olmaqla ticarət, xüsusilə də enerji sahəsində daha yaxşı qarşılıqlı əlaqələrin təkan verməsinə səbəb olur:

"İki ölkə arasında hökumətlər arasında müxtəlif sahələrdəki əməkdaşlıq mövcuddur. Azərbaycan Respublikası və İraq Respublikası arasında münasibətlər dostluq, əməkdaşlıq və ikitərəfli maraqlara uyğun əlaqələr əsasında inkişaf edir".

Mehman Mehdiyev
Xəbəri paylaş