Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qəzza zolağından girov götürülən 24 nəfərdən ibarət qrupun uğurla azad edildiyini təsdiqləyib.
Newscenter.az xəbər verir ki, bu barədə qurumun X sosial şəbəkəsindəki paylaşımında deyilir.
“24 girovun təhlükəsiz azadlığa buraxılmasını təsdiqləməkdən çox rahat olduq”, - paylaşımda deyilir.
Qızıl Xaç Cəmiyyətinin mətbuat xidmətinin məlumatına görə, insanlar Fələstin anklavından Rəfah keçid məntəqəsindən çıxarılaraq İsrail tərəfinə təhvil verilib. Qeyd olunur ki, BQXK humanitar vasitəçi kimi çıxış edib.
Bundan az əvvəl HƏMAS İsraillə razılaşaraq ilk girovları azad edib. Onların 12-si Tailand, 13-ü İsrail vətəndaşı idi.
Anar TAGİYEV