Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonunun işğaldan azad edilməsinin 3 ili tamam olur. Artıq 3 ildir ki, bu qədim türk yurdu öz əzəlim sakinlərinə qovuşub.
Kəlbəcərin işöaldan azad edilməsi öz-özlüyündə bir neçə reallığı, gerçəkliyi ortaya qoydu. Newscenter.az-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının üzvü Sara Hüseynova deyib ki, Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi:
"Bununla bütün dünya şahidi oldu ki, XXI əsrin müharibəsini aparan Azərbaycanın xalqı qalib və döyüşkəndir. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir".
Hakim partiya üzvü deyib ki, Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq:
"İşğal altında qaldığı müddət ərzində aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılaraq, işğalçı Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq vurulmuş ziyanı ödəməyə məcbur ediləcək".
Anar Əliyev