Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəlbəcər yenidən qurulur, gözəlləşir, öz əvvəlki simasına qayıdır

Kəlbəcər yenidən qurulur, gözəlləşir, öz əvvəlki simasına qayıdır


“Bu gün işğaldan azad edilən hər bir şəhər və rayonumuz kimi Kəlbəcər yenidən qurulur, gözəlləşir, öz əvvəlki simasına qayıdır. Özünün quruculuq-abadlıq dövrünü yaşayan Kəlbəcərdə ötən 3 il ərzində yaradılan infrastruktur tezliklə kəlbəcərlilərin də öz dədə-baba yurdlarına qayıdacağından xəbər verir”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Kəlbəcərin işğaldan azad edilməsinin üçüncü ildönümü və işğaldan sonra bu rayonda həyata keçirilən tədbirlərdən danışarkən səsləndirib. Millət vəkili Kəlbəcərin işğal tarixinə nəzər salaraq bildirib ki, sözügedən rayon 1993-cü il, 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğala məruz qalıb. İşğal zamanı 511 dinc sakinin öldürüldüyü, 321 nəfərin əsir götürüldüyü və xeyli sayda vətəndaşımızın itkin düşdüyünü diqqətə çatdıran deputat, bununla yanaşı ermənilərin Kəlbəcərin yeraltı və yerüstü sərvətlərini də taladıqlarını, tarixi-mədəni abidələri tamamilə məhv etdiklərini diqqətə çatdırıb:

“İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil talan edilib, dağıdılıb və Kəlbəcərin milyardlarla manat həcmində sərvəti Ermənistana daşınıb”.

Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğala məruz qalmasından sonra BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixində 822 saylı Qətnamə qəbul etdiyini deyən İqbal Məmmədov təəssüf hissi ilə qeyd edib ki, nə Ermənistan bu sənəddəki tələblərə məhəl qoydu, nə də beynəlxalq təşkilatlar bununla əlaqədar əsaslı tədbir gördü:

“Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə Azərbaycan həm öz ərazi bütövlüyünü bərpa etdi, həm də beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhülkəsizlik Şurasının qərarlarının icrasını təmin etdi. 2020-ci il, noyabrın 10-da Ermənistanın kapituliyasiyasını özündə əks etdirən 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonu bir güllə atılmadan azad edildi. Bu Azərbaycanın Müzəffər Ali Baş Komandanının həm döyüş meydanı, həm də diplomatik cəbhədə qalibiyyətinin təcəssümü idi. Cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi və dəmir yumruğu ilə torpaqlarımız işğaldan azad edildi”.

Ermənilərin Kəlbəcərdən çıxarkən belə vandallığa yol verdiklərini diqqətə çatdıran İqbal Məmmədov onların evləri, hətta ağacları belə yandırdıqlarını, faşizmə xas əməllərə yol verdiklərini söyləyib:

Bu gün Kəlbəcərin yenidən qurulduğunu, tikinti meydanına çevrildiyini diqqətə çatdıran millət vəkili, Kəlbəcərdə həyata keçirilən infrastruktur layihələrinin bu rayonun turizminin inkişafına da müsbət təsir göstərəcəyini deyib. İqbal Məmmədov, “Tezliklə Kəlbəcər respublikamızın ən füsnkar təbiətə malik turizm məkanlarından birinə çevrilərək xarici turistlərin üz tutduğu məkana çevriləcək”,-deyə vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş