Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kompüter məlumatlarını qanunsuz ələ keçirməyə görə hansı cəza verilir?

Kompüter məlumatlarını qanunsuz ələ keçirməyə görə hansı cəza verilir?


Son illərdə haker hücumlarının sayında artım tendensiyası müşahidə edilir. Müxtəlif idarə və müəssisələrə, hətta nazirliklərə edilən hücumlar zamanı onların əsas bilgiləri, məxfi məlumatları oğurlanır, yaxud onların yerləşdirildiyi baza məhv edilir. Düzdür, bu kimi hallara qarşı texniki çərçivədə müəyyən addımlar atılır. Bəs görəsən hüquqi çərçivədə bunun qarşısını necə almaq mümkündür?

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272-ci maddəsinə əsasən kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Onun sözlərinə görə, eyni əməllər, təkrar törədildikdə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4000 manatdan 6000 manatadək miqdarda cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

"Bu əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

İnqilab Süleymanov
Xəbəri paylaş