Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını istəmir

Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını istəmir


Qərbdəki ermənipərəst siyasilər, dövlətlər Qarabağı könüllü şəkildə təkr edən erməniləri yenidən geri qaytarmaq istəsələr də, lakin görünən odur ki, Ermənistan hakimiyyəti bu prosesdə heç də maraqlı deyil. Əksinə, Paşinyan hökuməti xaricdən maliyyə yardımı almaqla onları Ermənistanda saxlamağı daha məqbul hesab edir. Elə bu gün erməni baş nazirin açıqlaması da belə deməyə əsas verir.

Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyib ki, Nikol Paşinyanın Qarabağ ermənilərinin geri qayıdışını istəmədiyi aşkardır. Onun sözlərinə görə, Paşinyan Qarabağ ermənilərinin Ermənistanda yaşamalarını və işləmələrini istəyir:

"Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasının beynəlxalq platformalarda müzakirə olunduğunu, ancaq bu gün bu qayıdışın real olmadığını deyib. Paşinyanın sözlərinə görə, bu gün bu insanların qayıdışı real olsaydı, onlar Qarabağı tərk etməzdilər".

O qeyd edib ki, əhalisi azalan Ermənistanın işçi qüvvəyə ehtiyacı var:

"Lap yaxşı, onsuz da Ermənistan vətəndaşlığından imtina etməyən Qarabağ ermənilərinin Azərbaycanda yaşaması mümkün deyil. Azərbaycan diplomatiyası Nikol Paşinyanın bu açıqlamasını əlində rəhbər tutaraq ölkəmiz əleyhinə qərarlar qəbul edənlərə Ermənistanın baş nazirinin Qarabağ ermnəiləriylə bağlı fikirlərini daima xatırlatmalıdır. Bizə deyirlər ki, Qarabağ ermənilərinin geri qayıdışı üçün şərait yaradılmalıdır. Nikol Paşinyan isə deyir ki, Qarabağ ermənilərinə Ermənistanda hər cür şərait yaradılacaq və onların Azərbaycana qayıdışına ehtiyacları yoxdur. Qarabağ ermənilərinin geri qaydışını gündəmdə saxlamağa çalışan Qərbdəki və Rusiyadakı dairələr Paşinyandan çox erməni olmaq istəyirlər?".

Anar Əliyev
Xəbəri paylaş