Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İspaniya Fələstin dövlətini tanıya bilər

İspaniya Fələstin dövlətini tanıya bilər


"Avropa İttifaqı Fələstin dövlətini tanımazsa, İspaniya öz qərarını verəcək".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə açıqlamanı İspaniyanın baş naziri Pedro Sançes verib.

Sançes, "Beynəlxalq ictimaiyyətin və Avropa İttifaqının Fələstin dövlətini tanımasının vaxtıdır. Bu, dəyərli və əhəmiyyətli bir şeydir. Bunu AB ilə birlikdə etməliyik",-deyə bildirib.

İspaniyanın baş naziri deyib ki, Fələstində yüz minlərlə insanın dəhşətli iztirabları üzücüdür:

Baş nazir onu da deyib ki, İsrail və Fələstin arasında daimi atəşkəs olacağı təqdirdə iki dövlət həllinə əsaslanan beynəlxalq sülh konfransı təşkil etmək üçün diplomatik fəallıq göstərilməlidir.

Anar TAGİYEV
Xəbəri paylaş