Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Saatlı seçiciləri deputatdan şikayətçidir

Saatlı seçiciləri deputatdan şikayətçidir


Saatlı rayon seçiciləri 62 saylı Saatlı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Əziz Ələkbərlidən şikayətçidirlər.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Saatlı rayon sakini Fərman Kərimov verib. Fərman Kərimov deputat Əziz Ələkbərlinin seçicilərlə maraqlanmadığını, ümumiyyətlə, rayona gəlmədiyini iddia edib. Şikayətçi Saatlı sakinlərinin işsizlikdən əziyyət cəkdiyini söyləyib:

“Çox sağ olsun deputatmızı, köməkçisi Samir Nəsirova iki iş tapşrıb. O həm müəllim işləyir, həm də Əziz müəllimin köməkçisi. Əslində iki işi aparmaq o qədər də çətin deyil. Çünki deputat köməkçisi işi yoxdur. Samir Nəsirovu Saatlı Gənclər Mərkəzində ayrılan otaqda axdarsan da tapmaq olmur. Nədənsə Saatlı rayon sakinləri deputat köməkçisini hiss etmirlər”.

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Anar Əliyev
Xəbəri paylaş