Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SPECA-nın Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizlə bağlı Yol Xəritəsi sənədləri qəbul edilib

SPECA-nın Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizlə bağlı Yol Xəritəsi sənədləri qəbul edilib


BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Bakı Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilib.

Newscenter.az xəbər verir ki, bu barədə noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə Prezident İlham Əliyev bildirib ki, hazırkı Zirvə görüşündə qəbul edilməsi üçün iki sənəd layihəsi – Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi SPECA iştirakçı ölkələrinin nümayəndə heyətləri arasında müzakirə edilib və bütün tərəflər üçün məqbul hesab edilə bilən mətnlər üzrə razılıq əldə olunub.

"Beləliklə, SPECA-nın Bakı Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilmiş hesab olunur", - dövlət başçısı vurğulayıb.

Daha sonra SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün yekunu olaraq Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi qəbul edilib.

Sevinc Mehdiyeva
Xəbəri paylaş