Həftə sonu gözlənilən soyuq və yağışlı hava səbəbindən Sabiha Gökçen hava limanında bəzi reyslər təxirə salınıb.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, Hava Limanının rəhbərliyi gözlənilən pis hava şəraiti ilə əlaqədar noyabrın 25-də baş tutacaq uçuşların 5 faizinin ləğvinə qərar verib. Ümumiyyətlə isə, bazar günü saat 15:00-a qədər planlaşdırılan uçuşların yüzdə 15-i ləğv edilib.
"Bütün sərnişinlərə uçuşların son vəziyyətini müvafiq aviaşirkətin internet saytlarında və zəng mərkəzlərində izləmələri tövsiyə olunur", -deyə bildirilib.
Anar TAGİYEV