Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zaqatalada küçədə qadının ölümü ilə bağlı cinayət işi açılıb

Zaqatalada küçədə qadının ölümü ilə bağlı cinayət işi açılıb


Zaqatalada küçədə qadının ölümü ilə bağlı cinayət işi açılıb.

Newscenter.az xəbər verir ki, bu barədə Zaqatala Rayon Prokurorluğundan bildirilib.

Belə ki, noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhəri ərazisində 1989-cu il təvəllüdlü Aygün Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1991-ci il təvəllüdlü Əli Səfərovun şəhərin Həzi Aslanov küçəsində şəxsi münasibətlər zəminində Aygün Həşimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Səfərov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Mehman Mehdiyev
Xəbəri paylaş