Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəlbəcərin 1 güllə atılmadan işğaldan azad edilməsi İlham Əliyevin hərbi və diplomatik qələbəsinin təcəssümü idi

Kəlbəcərin 1 güllə atılmadan işğaldan azad edilməsi İlham Əliyevin hərbi və diplomatik qələbəsinin təcəssümü idi


“Kəlbəcərin 1 güllə atılmadan işğaldan azad edilməsi həm Cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandan, həm də uğurlu siyasi lider kimi hərbi və diplomatik qələbəsinin təcəssümü idi”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı Kəlbəcər rayonun işğaldan azad edilməsinin üçüncü ildönümünə nəzər salarkən səsləndirib. Kəlbəcərin 2020-ci il, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq 2020-ci il, noyabrın 25-də işğaldan azad olunduğunu diqqətə çatdıran ictimai birlik sədri deyib ki. belə bir tendensiyaya son 100 ildə ilk dəfədir ki, rast gəlinir:

“Yəni, heç bir güllə atılmadan, xüsusi bir əməliyyat keçirilmədən ərazilərin işğaldan azad edilməsi mümkünlüyünü, reallığını Azərbaycan dövləti və onun lideri, Ali Baş Komandan ortaya qoydu, onu bütün dünyaya nümayiş etdirdi”.
Kəlbəcərin işğaldan azad edilməsindən sonra hərbi bir şəhər və rayonda olduğu kimi orada da quruculuq-abadlıq işlərinə start verildiyini diqqətə çatdıran Arzuman Muradlı bu prosesin heç də asan başa gəlmədiyini də deyib:

“Çünki ermənilərin 1993-cü il 2 aprel tarixində Kəlbəcəri işğal etməsindən sonra burada əsl vandallıq həyata keçirilib, işğal altında qaldığı 27 il ərzində Kəlbəcər tamamilə məhv edilib, onun yeraltı və yerüstü sərvətləri talan olunub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil talan edilib, dağıdılıb və Kəlbəcərin milyardlarla manat həcmində sərvəti Ermənistana daşınıb”.

Bu gün Kəlbəcərdə geniş miqyaslı quruculuq-abadlıq işlərinin həyata keçirildiyini diqqətə çatdıran Arzuman Muradlı deyib ki, qısa müddət ərzində burada həyata keçirilən tədbirlər göz oxşayır və Kəlbəcərə yeni həyat verir:

“Bu gün həm də Kəlbəcər Şəhər Günü qeyd edilir. Dövlət başçısının müvafiq sərəncamı ilə belə bir günün təyin edilməsi kəlbəcərlilərdə ikiqat bayram əhval-ruhiyyəsi yaradır. Tam əminliklə deyə bilərəm ki, növbəti illərdə Kəlbəcər Şəhər Gününü Kəlbəcərin mərkəzi meydanında böyük coşqu, bayram əhval-ruhiyyəsi ilə qeyd edəcəyik. İşğaldan azad edilən 3 il ərzində Kəlbəcərdə həyata keçirilən geniş miqyaslı infrastruktur layihələri bu əminliyi yaradır”.

Anar Əliyev
Xəbəri paylaş