Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti nəticəsində Kəlbəcər azaddır

Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti nəticəsində Kəlbəcər azaddır


"Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq. Sərəncama əsasən, “25 noyabr – Kəlbəcər şəhəri günü” elan edilib".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov səsləndirib. Millət vəkili bildirib ki,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində bu gün artıq Kəlbəcər azaddır və bərpa edilir, yenidən qurulur, inkişafının yeni mərhələsini yaşayır:

"Bu gün üçrəngli bayrağımız bütün torpaqlarımızda, eləcə də, Kəlbəcər şəhərində əzəmətlə, qürurla dalğalanır və əbədi dalğalanacaq!

Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!".

Anar Əliyev
Xəbəri paylaş