Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarasu çayının sahilindən silah aşkarlanıb

Qarasu çayının sahilindən silah aşkarlanıb


Zərdab Rayon Polis Şöbəsinə rayonun Qumlu yaşayış massivinin ərazisindən keçən Qarasu çayının sahilindən silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd yivli tüfəng, eləcə də 4 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş