Azərbaycan Millisinin başından Canni de Byazi məcbur gedəndən sonra Milli komandamızın başına yerli məşqçinin gətirilməsi ilə bağlı geniş müzakirə açılıb. Əlbəttə ki, şəxsimdə mən də bu fikirdəyəm ki, Milli hissli bir məşqçi komandımıza başçılıq etməlidir. Ancaq, ictimaiyyətdə bu mövzu ətrafında gedən müzakirələr məşqçi camiyəsində müəyyən hərəkətlik yaratmaqla, bəzi məşqçilərimizin də qeyri-ciddiliyini ortaya çıxardı.
Ucdan tutma demək olar ki, üzdə olan bütün məşqçilər Milli komandamıza baş məşqçi kimi gəlməyi bu və ya digər halda dilə gətirdilər. Elə əsas məsələ də burdadı. Gör nə günə bizi salıblar ki, heç bir ciddi uğuru olmayan məşqçi də sükanı idarə edəcəyini düşünür. Bu boşluqda çoxları hava axınına düşdü və öz içlərini göstərməklə, onların məşqçi peşəkarlığına belə əsaslı inamsızlıq yaratdı. Təkcə Qurban Qurbanovdan başqa. Nəisə Qurban müəllim bu boşluqda da, özünə hörmət edən, ciddiliyi ilə qayğıkeşliyi seçilən və eləcə də peşəkarlığı təkrar-təkrar sübut etdi.
O ki, qaldı Milli komandamızın nəticə məsələsinə, əlbəttə ki, bu təkcə baş məşqçi ilə bağlı deyil. İstədiyimiz nəticəni almaq üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA strukturunda əsaslı dəyişiliklər edilməlidir. Nəinki AFFA prezidenti Rövnəq Abdullayev, onu əhatə edən bütün fiqurlar cəm şəklində dəyişdirilməlidir və təbii ki, struktur dəyişiliyi ilə paralel, peşəsinin mütəxəssisi, peşəkarı və korrupsiyadan kənar və yenə də vətən, xalq sevgisi ilə xüsusi ilə seçilən şəxslər rəhbərlikdə təmsil olunmalıdır.
Məncə, bu sahənin mütəxəsislərin, ictimayətinin iştirakı ilə AFFA-nın yenidən formalaşması aparılmalı, ölkədə futbolun ümumi inkişaf planı hazırlanmalı və təsdiq edilməlidir. Düzdür, qeyd etdiyim kimi, bu işin stabil və uğurlu nəticə verməsi üçün illər tələb olunur, ancaq başqa da yol yoxdur.
Vüqar Dadaşov