Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biləsuvarda 241 nəfər qadağan olunan yerlərdə tütündən istifadə etdiyinə görə cərimələnib

Biləsuvarda 241 nəfər qadağan olunan yerlərdə tütündən istifadə etdiyinə görə cərimələnib



Biləsuvarda 241 nəfər qadağan olunan yerlərdə tütündən istifadə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Newscenter-az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərə qarşı profilaktiki tədbir keçirilib.

Rayon ərazisində yerləşən kafe, restoran və digər iaşə obyektlərində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan şəxslər aşkar olunub. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və qanunvericiliyin tələbləri onlara izah edilib.

Cari il ərzində bu istiqamətdə Biləsuvar rayonu ərazisində keçirilən tədbirlər nəticəsində qeyd olunan inzibati xətaya yol verən ümumilikdə 241 nəfər barəsində protokol tərtib olunub.

Mehman Mehdiyev
Xəbəri paylaş