Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göygöldə vətəndaşlar odlu silahları polisə təhvil veriblər

Göygöldə vətəndaşlar odlu silahları polisə təhvil veriblər


Göygöldə vətəndaşlar odlu silahları polisə təhvil veriblər.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri özlərində olan, müxtəlif marka və kalibirli 5 ədəd ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam edtirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş