Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lerikin dağlıq meşə ərazisində baş verən yanğın lokallaşdırılıb

Lerikin  dağlıq meşə ərazisində baş verən yanğın lokallaşdırılıb


Lerik rayonunun Lerik meşəbəyliyinin yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib.

Newscenter.az-ın xəbərinə görə, Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri hadisə ilə əlaqədar əraziyə cəlb edilib.

“Yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, o cümlədən əl əməyindən istifadə olunub. Yanğın lokallaşdırılıb və digər ərazilərə yayılmasının qarşısı alınıb”.

Sona
Xəbəri paylaş