Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalq artistindən İSMARIC: "Cahillik, savadsızlıq quyusunda boğulmağı seçirlər"

Xalq artistindən İSMARIC: "Cahillik, savadsızlıq quyusunda boğulmağı seçirlər"


Xalq artisti Tünzalə Ağayeva son günlər onu tənqid hədəfinə çevirənlərə ismarıc yollayıb.

Newscenter.az-ın xəbərinə görə, xalq artisti özünün facebok sosial şəbəkə hesabında qeyd edib ki, həyatı necə yaşayacağımızı özümüz seçirik.

Tünzalə Ağayeva bildirib ki, birimiz hər günümüzə sevinərək, sevincimizə və ağlamağımıza, əlimizdə olana və olmayana minlərcə şükür edərək yaşayırıq:

"Biriləri də bir tikə ömürlərini öz inkişaflarına yox, qeybət, dediqoduya həsr edib, boşluq və qaranlıqda, paxıllıq, cahillik, savadsızlıq quyusunda boğulmağı seçirlər. Yazıq",-deyə xalq artisti vurğulayıb.

Qeyd edək ki, son günlər xalq artisti səhnə geyiminə görə, tənqid olunur.

Anar Əliyev
Xəbəri paylaş