Bu ilin ilk 10 ayı ərzində Bakı Limanı vasitəsi 327 min tondan çox metal və metal məhsulu daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55 % artım deməkdir.
Newscenter.az quruma istinadən bildirir ki, əsasən Qazaxıstandan Bakı Limanına gətirilən metal və metal məhsulları Azərbaycandan tranzit keçməklə Türkiyə və İtaliya, Almaniya, Polşa kimi bir sıra Avropa ölkələrinə tədarük edilir.
Gəmi ilə vasitəsi ilə Bakı Limanı gətirilən metal məhsulları operativ formada boşaldılır və əsasən TIR-lara yüklənərək son təyinat ölkəsinə yola salınır.
Anar Əliyev