“Bir qayda laraq böyük dövlətlərin, hegemon ölkələrin kiçik və ortamiqyaslı dövlətlərdə bu və ya digər formada agnetura şəbəkəsi, yaxud ona sadiq olan qüvvələri formalaşdırılır. Bunu isə müxtəlif formalarla həyata keçirirlə. Ya maliyyə dəstəyi formasında edilir, ya da ölkələrindəki təhsil ocaqlarında bir qrupun təhsil almalarına şərait yaratmaqla reallaşdırırlar. Hesab edirəm ki, müxtəlif ölkələr kimi Birləşmiş Ştatların da Azərbaycanda agentura şəbəkəsi var və onlar hazırda fəaliyyət göstərirlər”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Samir Hümbətov səsləndirib. O bildirib ki, onların kimlərdən ibarət olduğunu demək isə çətin məsələdir:
“Çünki bəzən agentura şəbəkəsi çox qapalı və məxfi formada işlədiyi üçün onu dəqiq müəyyənləşdirmək çətin məsələdir. Ancaq hər halda belə bir mənfi hal var. Adətən onlar ABŞ-a qarşı fikir səsləndirildikdə baş qaldırmağa başlayır və fikir bildirirlər. Bir qayda olaraq onlar gah demokratiya, gah azadlıq, gah da sülhdən danışırlar. Beləliklə, onların hücrələri, şəbəkələri üzə çıxmağa başlayır”.
Samir Hümbətov hesab edir ki, bu kimi şəbəkələrin zərirsizləşdirilməsi məqsədilə dövlət doğru addım atır:
“Belə şəbəkələrin qarşısı vaxtında alınmalıdır. Çünki belə şəbəkələrin varlığı istər-istəməz dövlət üçün təhdid yaradır”.
Politoloq onu da deyib ki, ABŞ-ın agentura şəbəkəsi təkcə Azərbaycanda deyil. Belə şəbəkələr Avropada, Çində, Türkiyədə və s.-də var:
“Düşünürəm ki, Azərbaycanda mövcud olan agentura şəbəkəsini nəzarətdə saxlamaq daha yaxşı olar. Onlar vasitəsilə cəmiyyətin mövcud durumuna təsir etmək istəyənləri də bu və ya digər dərəcədə cəzalandırmaq lazımdır. Çünki cəmiyyət monolitliyini qorumaq üçün dövlətdən asılıdır. Dövlət cəmiyyətin monolitliyini saxlamalıdır. Dövlətin qarşısına qoyduğu əsas vəzifə vətəndaşının təhlüksizliyini təmin etməkdir. Başqa dövlətlərin maraqlarına xidmət edənlər də mütləq öz cəzalarını alırlar və bundan sonra da alacaqlar. Hesab edirəm ki, Azərbaycan dövləti bu məsələ ilə çox ciddi şəkildə məşğul olur”.
Anar Əliyev